"Axı bu, bizim müharibəmiz deyil" - Fransa prezidentliyinə namizəddən Ukrayna açıqlaması
Cüdo tarixinin ən titullu idmançısı, daha əvvəl Fransa prezidentliyinə namizədliyini irəli sürmək qərarına gələn Teddi Riner fransız hərbçilərinin Ukraynaya göndərilməsi ideyasını dəstəkləmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərini “Le Figaro” nəşri sitat gətirib.
“Fransız qoşunlarını Ukraynaya göndərməyin nə üçün lazım olduğunu başa düşmürəm, axı bu, bizim müharibəmiz deyil”, - deyə Riner vurğulayıb.
Noyabrın 9-da idmançı 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəldiyini açıqlayıb. O, nə sağ, nə də sol qüvvələri təmsil etdiyini qeyd edib.
İdman karyerasını hələ də davam etdirən Riner 2028-ci il Olimpiya Oyunlarında iştirakını istisna etməyib.
Qeyd edək ki, Fransada prezident seçkiləri 2027-ci il aprelin 18-də keçiriləcək.
Aysel Mətləb