Dörd ölkə Ukraynanın F-16-ları üçün milyonlar ayırır

Dörd ölkə Ukraynanın F-16-ları üçün milyonlar ayırır
26.11.2026 01:00 Dünya

ABŞ Ukraynaya F-16 qırıcılarının texniki xidmətinin göstərilməsi və istismarı üçün avadanlıq və xidmətlərin mümkün satışına razılıq verib.

TodayPress TV xəbər verir ki, ABŞ Dövlət Departamenti sözügedən sazişin ümumi dəyərini 621,9 milyon dollar qiymətləndirib.

Satınalma Belçika, Danimarka, Niderland və Norveç tərəfindən JUMPSTART proqramı çərçivəsində maliyyələşdiriləcək. Vaşinqton bu məqsədlə öz vəsaitindən istifadə etməyəcək.

Dövlət Departamentinin qiymətləndirməsinə görə, saziş Ukraynanın müdafiə imkanlarını gücləndirəcək. Eyni zamanda, razılaşma çərçivəsində Ukraynaya əlavə ABŞ mütəxəssislərinin göndərilməsi nəzərdə tutulmur.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər