Almaniyanın pulu tükənir - Merz xalqı hazırladı
Almaniya əvvəlki illərdə olduğu kimi bütün dövlət xərclərini maliyyələşdirə bilməyəcək.
TodayPress TV xəbər verir ki, Almaniya kansleri Fridrix Merz Bundestaqda çıxışı zamanı ölkənin maliyyə imkanlarının məhdudlaşdığını bildirib.
“Almaniyanın artıq hər şeyə pulu yoxdur”, – deyə kansler vurğulayıb.
Onun sözlərinə görə, ölkə vətəndaşların son illərdə öyrəşdiyi bəzi dövlət xərclərindən imtina etməli olacaq.
Merz qeyd edib ki, dövlət xərclərinin azaldılmaması gələcək nəsillərin öz qərarlarını müstəqil şəkildə qəbul etmək üçün maliyyə imkanlarından məhrum olmasına səbəb ola bilər.
Kübra Musayeva