HƏMAS-ın yeni rəhbəri cəmi bir gün sonra öldürüldü

HƏMAS-ın yeni rəhbəri cəmi bir gün sonra öldürüldü
25.11.2026 20:13 Dünya

HƏMAS Qəzza zolağında daha bir rəhbərini itirib.

TodayPress TV xəbər verir ki, İsrail ordusu və ŞABAK-ın birgə açıqlamasına əsasən, HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbəri və “Şimali Qəzza” briqadasının komandiri Məhəmməd Məcid Əbu əl-Uf öldürülüb. O, “Əbu Həmzə” adı ilə də tanınıb.

Əbu əl-Uf sələfi Naim Əbu Nəhalın ölümündən cəmi bir gün sonra öldürülüb. Naim Əbu Nəhal HƏMAS-ın daxili təhlükəsizlik aparatına rəhbərlik edirdi.

İsrail tərəfinin məlumatına görə, Əbu əl-Uf qruplaşmanın strukturunda mühüm mövqeyə malik olub və məlumat mübadiləsinin koordinasiyasında iştirak edib.

İsrail onun öldürülməsinin HƏMAS-ın Qəzza zolağında idarəetmə imkanlarına əlavə zərbə vurduğunu hesab edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər