Krım körpüsü qışa tab gətirəcəkmi? - Budanov danışdı
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Krım körpüsünün bərpasının mümkünlüyünə şübhə ilə yanaşıb.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Rusiyanın çoxsaylı zərbələrinə baxmayaraq, Kiyevdəki körpülər fəaliyyətini davam etdirir.
“Bəli, problemlər var, məhdudiyyətlər mövcuddur, amma onlar dayanır. Krım körpüsü isə yox”, – Budanov bildirib.
O, qış aylarında fırtınalar və dənizdəki dalğalanmalar səbəbindən Krım körpüsünün bərpasının çətin olacağını qeyd edib.
Budanov yazda təmir işlərinə tez başlanılmasının da mümkünlüyünə şübhə ilə yanaşıb. O bildirib ki, həmin vaxta qədər vəziyyət dəyişə bilər.
Kübra Musayeva