SOCAR və TPAO əməkdaşlığı gücləndirir

Sənaye və energetika

04.03.2026 14:26

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti arasında insan kapitalı sahəsində əməkdaşlığı gücləndirilir.

TodayPress TV bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, SOCAR və TPAO arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq insan kapitalı sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti birgə təşəbbüs həyata keçirilib.

Bu çərçivədə SOCAR-da insan kapitalının idarə edilməsi və inkişafı sahəsində tətbiq edilən təcrübə və yanaşmalara dair iki günlük seminar keçirilib. Proqramın davamında SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə və Bakı Ali Neft Məktəbinə ekskursiya təşkil edilib. Bu təşəbbüs SOCAR və TPAO arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, insan kapitalı sahəsində qarşılıqlı bilik və təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir.

TodayPress TV

tag: SOCAR,TPAO,Əməkdaşlıq,İnsan kapitalı,Todaypress.tv,