Avropada qazın qiyməti 13% ucuzlaşdı

Avropada qazın qiyməti 13% ucuzlaşdı
10.03.2026 14:11 Sənaye və energetika

Qlobal geosiyasi proseslər fonunda Avropada qazın birja qiyməti 13% ucuzlaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatlarında qeyd edilib.

Niderlanddakı "Title Transfer Facility" (TTF) qovşağında aprel fyuçersinin qiyməti 1 000 kubmetr üçün təxminən 589 dollara, yaxud 1 meqavat-saat üçün 49 avroya qədər enib.

Qeyd edək ki, qazın ucuzlaşması “Brent” markalı neftin kotirovkalarının azalması fonunda baş verir. ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyatın həftə ərzində olmasa da, “çox tezliklə” başa çata biləcəyini bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər