Ev şəraitində hazırlanan limonlu maskaların dəriyə zərərləri

Sağlamlıq

21.05.2026 05:00

Tərkibində limon suyu olan, ev şəraitində hazırlanan maskalar dərinin epidermal qatına ciddi zərər vura bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "NEWS.ru" portalına müsahibəsində dermatoloq-kosmetoloq Mədinə Osman xəbərdarlıq edib.

Mütəxəssisin açıqlamasına əsasən, bitki tərkibli təbii maskaların dərhal və nəzarətsiz tətbiqi dəri örtüyündə ciddi qıcıqlanmalarla nəticələnə bilər:

"Əksəriyyət elə düşünür ki, hər hansı məhsul təbii şəraitdə yetişibsə, o, dəriyə mütləq fayda verəcək. Ancaq belə ehtiyatsız yanaşma ağır fəsadlar doğura bilir", - deyən həkim ev şəraitində ən çox istifadə olunan təhlükəli vasitələri sadalayıb:

Limon suyu: dərini ağartmaq məqsədilə istifadə edilsə də, əslində epidermis qatını aqressiv şəkildə zədələyir və dərinin turşu-qələvi (pH) tarazlığını alt-üst edir.

Bal: hamı üçün faydalı bilindiyi halda, əslində çox güclü bir allergendir. Dəriyə vurulduğu zaman qızartı, şişkinlik yaradır və xüsusilə ekzemadan əziyyət çəkənlərin vəziyyətini daha da ağırlaşdırır.

Tərəvəzlər: tərəvəzlərdən hazırlanan maskalar da tam təhlükəsiz sayılmır. Onların tərkibində olan fermentlər və turşular həssas dərini kəskin qıcıqlandıra bilər.

TodayPress TV

tag: Maska,Sağlamlıq,İmmunitet,Həkim,Todaypress.tv,