Çövkən Liqasında son 3 tur: Çempionluq uğrunda 3 klub üz-üzə

Çövkən Liqasında son 3 tur: Çempionluq uğrunda 3 klub üz-üzə
17.10.2026 22:37 İdman

Peşəkar Çövkən Liqasında 15-ci turun oyunları keçirilib. Turun nəticələrindən sonra çempionluq uğrunda mübarizə son üç tura qalıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, turun ən gərgin qarşılaşması “Zəfər” və “Elite” komandaları arasında baş tutub. Gözlənilməz müqavimət göstərən “Zəfər” hesabı açsa da, çempionluğa iddialı “Elite” təşəbbüsü ələ alaraq 2:1 hesablı qələbə qazanıb.

Lider “Sərhədçi” də turu qələbə ilə başa vurub. Komanda “Xəzər”lə görüşün əvvəlində qol buraxsa da, sonradan hesabı dəyişərək 3:1 hesabı ilə qalib gəlib.

“Şamaxı” “Omar” üzərində 4:1 hesablı qələbə qazanıb. “Embawood” isə autsayder “Atilla”nı 8:0 hesabı ilə məğlub edib. “Buta Golden” klubunun yarışlardan imtina etməsi səbəbindən “Polad”a 6:0 hesablı texniki qələbə verilib.

Çempionatın başa çatmasına üç tur qalmış turnir cədvəlinə 39 xalla “Sərhədçi” başçılıq edir. “Elite” 38 xalla ikinci, “Polad” isə 34 xalla üçüncü pillədə qərarlaşıb.

Çempionun adı böyük ölçüdə bu üç komandanın öz aralarındakı oyunlarda müəyyənləşəcək.

Kübra Musayeva

FOTOLAR

Çövkən Liqasında son 3 tur: Çempionluq uğrunda 3 klub üz-üzə — 1
Çövkən Liqasında son 3 tur: Çempionluq uğrunda 3 klub üz-üzə — 2
Çövkən Liqasında son 3 tur: Çempionluq uğrunda 3 klub üz-üzə — 3
Çövkən Liqasında son 3 tur: Çempionluq uğrunda 3 klub üz-üzə — 4
Çövkən Liqasında son 3 tur: Çempionluq uğrunda 3 klub üz-üzə — 5
XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər