13 yaşdan kiçiklərə sosial şəbəkə qadağası - Almaniya hərəkətə keçdi

13 yaşdan kiçiklərə sosial şəbəkə qadağası - Almaniya hərəkətə keçdi
18.10.2026 02:30 Dünya

Almaniya 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi, yeniyetmələr üçün isə mərhələli məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, BILD nəşrinin məlumatına görə, 13-18 yaş arası yeniyetmələr üçün məhdudiyyətlər nəzərdə tutulur. Həmçinin sosial platformalarda alqoritmik tövsiyələr standart olaraq deaktiv ediləcək.

İbtidai sinif şagirdləri üçün isə süni intellektdən istifadə qaydalarını öyrədən və onun risklərini izah edən xüsusi tədris proqramı hazırlanacaq.

Almaniya hökuməti islahatın əsas istiqamətlərini razılaşdırıb. Lakin yeni qaydaların nə vaxt qüvvəyə minəcəyi hələ məlum deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər