Ukrayna ilə sülhün əvəzində Rusiya qazı? ABŞ-nin TƏKLİFİ

Ukrayna ilə sülhün əvəzində Rusiya qazı? ABŞ-nin TƏKLİFİ
18.10.2026 01:39 Dünya

ABŞ Avropaya Ukraynada sülh razılaşması çərçivəsində Rusiyadan böyük həcmdə qaz almağı yenidən təklif edib.

TodayPress TV xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, Vaşinqton Ukrayna ərazisindən keçən boru kəmərləri və sualtı qaz xətləri vasitəsilə tədarükün bərpasını da təklif edib.

Məlumata əsasən, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu ideyanı ukraynalı və avropalı rəsmilərlə danışıqlarda gündəmə gətiriblər. Təklif ötən ay Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdə də müzakirə olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər