Premyer Liqanın VIII turunda bu gün kimlər qarşılaşacaq?

Premyer Liqanın VIII turunda bu gün kimlər qarşılaşacaq?
18.10.2026 09:58 İdman

Azərbaycan Premyer Liqasında VIII tura bu gün yekun vurulacaq.

TodayPress TV xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək.

Qonaqlar hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadır.

Tura Gəncədə yekun vurulacaq. "Kəpəz" doğma azarkeşlər önündə "Zirə"ni qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Bölgə təmsilçisi 10 xalla yeddinci, Bakı klubu 11 xalla altıncı yerdədir.

Azərbaycan Premyer Liqası

I dövrə, VIII tur

18 oktyabr

15:00. "İmişli" - "Turan Tovuz"

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Gülnurə Əkbərzadə.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Yevlax şəhər stadionu

18:30. "Kəpəz" – "Zirə"

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.

VAR: Rauf Cabarov.

AVAR: Kərim Zeynalov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Gəncə şəhər stadionu

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.

XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər