Azərbaycanda almanların iki əsrlik sirli tarixi: Hikmət Hacıyev nadir filmi paylaşdı - VİDEO

Azərbaycanda almanların iki əsrlik sirli tarixi: Hikmət Hacıyev nadir filmi paylaşdı - VİDEO
17.10.2026 22:17 Mədəniyyət

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlar və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixinə həsr olunmuş "Counterpoint" sənədli filmi barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

TodayPress TV xəbər verir ki, filmdə əks olunan tarix indiki Almaniyanın Baden-Vürtemberq federal torpağından Azərbaycana köçmüş şvab ailələrinin məskunlaşması ilə başlayır.

"Sənədli filmdə alman köçkünlərin və yerli azərbaycanlıların öz dinlərini, dillərini və ənənələrini qoruyaraq necə firavan icmalar qurduqları göstərilir. Bununla belə, sovet repressiyaları, deportasiyalar və müharibə iki xalq arasında formalaşmış birgəyaşayış ənənəsini pozub.

Köçkünlərin nəsillərinin, tarixçilərin və diplomatların xatirələri əsasında hazırlanan filmdə bu günədək qorunub saxlanılan mədəni irs və tarixi yaddaşın keçmişin sınaqlarından necə çıxdığı araşdırılır", - deyə o əlavə edib.

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər