Müharibə böyüyür: BƏƏ husilərə qarşı hərəkətə keçir
Yəməndə husilərin irəliləyişi fonunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı Yəmən hökumətinə dəstəyi gücləndirmək barədə razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, razılaşmaya əsasən, BƏƏ Səudiyyə Ərəbistanına və Yəmən hökumətinin qüvvələrinə dəstək vermək məqsədilə cənub silahlı birləşmələrinə, o cümlədən “Nəhənglər briqadaları”na maliyyə ödənişlərini bərpa etmək qərarına gəlib.
Bunun müqabilində Səudiyyə Ərəbistanı həmin qüvvələrə havadan dəstək verəcək.
Yeni razılaşma husilərin irəliləməsi ilə bağlı ortaq narahatlıq fonunda iki ölkənin mövqelərinin yaxınlaşdığını göstərir.
Kübra Musayeva