6 aya hər şey dəyişə bilər: Rusiyanın yeni PLANI
Rusiya yarım ildən sonra Ukrayna üzərindəki “Şahid” dronlarını real vaxt rejimində idarə edə bilər.
TodayPress TV xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Sergey Beskrestnovun sözlərinə görə, Rusiyanın “Rassvet” peyk şəbəkəsi artıq peyklərin uçuşu zamanı Ukrayna üzərində 30–40 dəqiqə ərzində rabitə təmin edir. Onun qiymətləndirməsinə görə, təxminən altı aydan sonra bu ərazidə fasiləsiz rabitə imkanının yaranması mümkündür.
Bu, Rusiya qüvvələrinə hücumlar zamanı dron və raketlərin uçuş trayektoriyasını real vaxt rejimində dəyişməyə imkan verə bilər. Belə bir ssenaridə Ukraynanın radioelektron mübarizə (REM) vasitələrinin effektivliyi də azala bilər.
Beskrestnov “Rassvet” peyk şəbəkəsini Ukrayna üçün bir nömrəli texnoloji təhdid adlandırıb.
Kübra Musayeva