Britaniyalılara müharibə xəbərdarlığı: Vətəndaşlardan “qurban” tələb olunacaq
Böyük Britaniya müharibəyə hazır olmalı, ölkə vətəndaşları isə dövlətin müdafiəsi naminə müəyyən fədakarlıqlara getməlidirlər.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniya Silahlı Qüvvələrinin rəhbəri Roland Uoker “The Telegraph” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda ölkənin siyasi rəhbərliyi cəmiyyətlə müharibəyə hazırlıq məsələləri barədə açıq müzakirələr aparmağa başlayacaq.
Uoker hesab edir ki, London əhalini hərbi xərclərin artırılmasının zəruriliyi barədə əvvəlcədən məlumatlandırmalıdır.
Bununla yanaşı, “Ipsos” şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, britaniyalıların yarısı heç bir halda ölkələri uğrunda döyüşməyə hazır deyil.
Kübra Musayeva