Sankt-Peterburq kütləvi PUA hücumuna məruz qaldı - VİDEO
Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Sankt-Peterburq şəhərinə kütləvi hücum edib.
TodayPress TV xəbər verir ki, ilkin məlumata əsasən, neft yükləmə terminalına, “VKontakte” şirkətinin məlumat mərkəzinə, elektrik yarımstansiyasına və körpüyə ziyan dəyib.
Yanğınların baş verdiyi, elektrik enerjisi və su təchizatında fasilələrin yarandığı bildirilir.
Həmçinin ətraf ərazidəki yaşayış binalarına dağıntılar düşüb və Pulkovo hava limanının fəaliyyəti məhdudlaşdırılıb.
Aysel Mətləb