Rusiya neftinə görə ABŞ-yə “ağız açdı” - Macarıstan geri çəkilmir
Macarıstan Rusiya neftinin idxalına icazə verən ABŞ sanksiyalarından istisnanın müddətini uzatmağa çalışır.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin baş naziri Peter Magyar bildirib.
Hökumət başçısının sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dizel yanacağının ixracı ilə bağlı artıq razılıq əldə edib. Buna görə də Budapeşt üçün güzəştli rejimin saxlanılması məntiqli addım hesab olunur.
Magyar Macarıstanın xüsusi statusunun ən azı daha bir il uzadılmasına nail olmaq istədiyini vurğulayıb.
Hazırda qüvvədə olan və Macarıstanı ABŞ-nin məhdudiyyətlərindən azad edən icazənin müddəti noyabrda başa çatır.
Kübra Musayeva