Üçüncü Dünya müharibəsinin astanasında - Qorxulu XƏBƏRDARLIQ

Üçüncü Dünya müharibəsinin astanasında - Qorxulu XƏBƏRDARLIQ
17.10.2026 23:46 Dünya

Dünyada silahlı münaqişələrin sayı kəskin artaraq İkinci Dünya müharibəsindən bəri ən yüksək həddə çatıb. Hazırda planetdə 65 qaynar münaqişə ocağı mövcuddur.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin köşə yazarı Gideon Raxman bildirib.

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi, ABŞ və İran arasında gərginliyin artması, Tayvan ətrafındakı vəziyyət, eləcə də Moskva, Pekin, Tehran və Pxenyan arasında yaxınlaşma lokal toqquşmaların genişmiqyaslı qlobal müharibəyə çevrilməsi riskini artırır.

Raxman qeyri-sabitliyin əsas səbəblərindən biri kimi beynəlxalq hüququn zəifləməsini və böyük dövlətlərin təsir dairələri konsepsiyasına keçidini göstərib.

Müəllifin fikrincə, ABŞ-nin müttəfiqlərini müdafiə etməyə nə dərəcədə hazır olması ilə bağlı yaranan şübhələr də vəziyyəti daha qeyri-müəyyən edir. Bu amil yeni hərbi təcavüzlər riskini artırır.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər