Kanadada hərbi hissədə dəhşətli yanğın - Ölənlər var!
Kanadanın Alberta əyalətindəki Ueynrayt (CFB Wainwright) hərbi bazasında ölümcül yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə milli müdafiə naziri Devid Makginti məlumat yayıb.
"Bazada baş verən insident nəticəsində həm həlak olanların, həm də yaralananların olduğunu bildirməkdən kədərlənirəm", - deyə o vurğulayıb.
Makginti itkilərin sayını açıqlamayıb və hərbi bazadakı yanğına nəyin səbəb olduğunu deməyib, lakin vəziyyəti “çox aktiv və həssas” kimi qiymətləndirib.
O əlavə edib ki, Kanada Polisi araşdırmaya cəlb olunub. Həmçinin Kanada Silahlı Qüvvələri, federal, əyalət və yerli hakimiyyət orqanları fövqəladə hallara reaksiyanı koordinasiya edirlər.
Yaxınlıqdakı Ueynrayt icması xəstəxana və yanğınsöndürmə dəstəyi göstərir.
Ueynrayt Bələdiyyə Dairəsi məlumat yayıb ki, yanğın oktyabrın 17-si bazanın çəpərini keçib və güclü küləkdə sürətlə yayılıb.
Qeyd edək ki, xarici KİV insident nəticəsində 7 nəfərin öldüyünü bildirib.
Aysel Mətləb