Şəxsi maraqlarımızı kənara qoyduq, Şəfiqə Məmmədovanı sədr seçdik – Şeyx Əbdül

Şəxsi maraqlarımızı kənara qoyduq, Şəfiqə Məmmədovanı sədr seçdik – Şeyx Əbdül
11.09.2026 16:07 Mədəniyyət

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

O, səs çoxluğu ilə ittifaqın növbəti rəhbəri kimi təsdiqlənib. Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyov TodayPress TV-yə danışıb.

O, bu vəzifə üçün Şəfiqə Məmmədovadan başqa uyğun namizəd olmadığını bildirib:

“Söhbət Azərbaycan kinosunun gələcəyindən gedir. Kinomuzun gələcəyi üç qurumun sayəsində formalaşır: Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ).

Kinomuz çətin vəziyyətdədir. Onu böhrandan çıxarmaq üçün mütləq xalq, dövlət, sənətkarlar, kino camiəsi tərəfindən qəbul olunan, nüfuz sahibi olan şəxsiyyətə ehtiyacımız vardı. Çox təəssüflər olsun ki, bu gün Şəfiqə xanım bütün bu sadaladığım göstəricilərə malik olan yeganə namizəddir. Başqa namizəd yoxdur.

Kinomuzun gələcəyi haqqında düşünən, milli kinomuzun bərpası üçün narahat olan insanlar kimi ən böyük arzumuz odur ki, milli kinomuzu, kino studiyamızı bərpa edək. Bu bərpa prosesində Mədəniyyət Nazirliyinin də, ARKA-nın da ən yaxşı arxası, dayağı İttifaqdır. İttifaqın da sədri Şəfiqə Məmmədovadır. Çünki Şəfiqə xanım həm dövlət, həm də xalq tərəfindən sevilən, tanınan yeganə şəxsdir. Biz də kinomuz naminə bütün şəxsi ambisiyalarımızı, maraqlarımızı kənara qoyduq, kino camiəsinin bərpasını əsas tutaraq Şəfiqə xanımı yekdilliklə sədr seçdik”.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Şəxsi maraqlarımızı kənara qoyduq, Şəfiqə Məmmədovanı sədr seçdik – Şeyx Əbdül — 1
XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər