İsak Hacar üçün çətin günlər: Zədə səbəbindən Bakıda olmaya bilər

İsak Hacar üçün çətin günlər: Zədə səbəbindən Bakıda olmaya bilər
11.09.2026 16:03 İdman

“Red Bull”un pilotu İsak Hacar bilək zədəsi səbəbindən “Formula-1” üzrə Azərbaycan Qran-prisini də buraxa bilər.

TodayPress TV “Gpblog”a istinadən xəbər verir ki, komanda fransalı sürücünün Bakı mərhələsində sükan arxasına keçəcəyini hələlik təsdiqləyə bilmir.

Yay fasiləsində zədələnən Hacar artıq ardıcıl üç mərhələni qaçırıb. Niderland və İtaliya Qran-prilərində onu Liam Louson əvəzləyib, İspaniyada da heyət dəyişməz qalacaq. Hacar komanda ilə birlikdə Madridə gəlsə də, zədəli biləyində fiksator gəzdirməyə davam edir. 

Məlumata görə, “Red Bull” rəhbərliyi pilotun qayıdışını müəyyən bir mərhələyə bağlamaq niyyətində deyil və onun tam bərpası üçün lazımi qədər vaxt verməyə hazırdır.

Qeyd edək ki, fransalı pilotun səhhəti sentyabrın 24-dən 26-dək keçiriləcək Bakı mərhələsi yaxınlaşdıqca yenidən qiymətləndiriləcək. Azərbaycan Qran-prisi payız təqvimindəki üçlü yarış seriyasının ilki olacaq. Bakıdan sonra ardıcıl olaraq Malayziya və Sinqapur mərhələləri təşkil ediləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər