“Qiymətləndirmə” jurnalının ilk sayı və Milli Qiymətləndirmə Standartları təqdim edildi
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Qiymətləndirmə” jurnalının ilk sayı ictimaiyyətə təqdim olunub.
TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutu yanında yaradılmış 54 saylı Komitə tərəfindən AQC-nin təşəbbüsü ilə hazırlanmış Milli Qiymətləndirmə Standartlarının təqdimatı da keçirilib.
Tədbirdə çıxış edən AQC İdarə Heyətinin sədri Vüqar Oruc qiymətləndirmə sahəsinin iqtisadi münasibətlərdə mühüm rol oynadığını bildirib və sektorda peşəkar yanaşmanın gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, yeni jurnal qiymətləndirmə sahəsindəki proseslərin, ekspert fikirlərinin və aktual məsələlərin ictimaiyyətə çatdırılmasına xidmət edəcək.
Jurnalın baş redaktoru İbrahim Quliyev isə nəşrdə qiymətləndirmə bazarının gündəmi, qanunvericilik, beynəlxalq təcrübə, ekspert yazıları və mütəxəssis mövqelərinin yer alacağını bildirib.
Tədbirin sonunda Milli Qiymətləndirmə Standartlarının hazırlanması və tətbiqi ilə bağlı məlumat verilib. Bildirilib ki, standartların əsas məqsədi qiymətləndirmə fəaliyyətində vahid yanaşmanın formalaşdırılması və qiymətləndirmə prosesinə dair əsas prinsiplərin sistemləşdirilməsidir.
Jalə Rövşən