Muaytayçılarımızdan Pejada böyük uğur: Bir qızıl, iki gümüş və bir bürünc

Muaytayçılarımızdan Pejada böyük uğur: Bir qızıl, iki gümüş və bir bürünc
11.09.2026 16:38 İdman

Kosovoda keçirilən muaytay üzrə dünya çempionatı Azərbaycan milli komandası üçün uğurla yekunlaşıb.

TodayPress TV xəbər verir ki, millimiz Peja şəhərində təşkil olunan mundialda 4 medal qazanıb.

Rəvan Ağazadə (67 kq) bütün rəqiblərinə üstün gələrək dünya çempionatının qızıl medalına sahib çıxıb.

Milli komandanın digər üzvlərindən Nurlan Məmmədov (57 kq) və Məhəbbət Hümbətov (71 kq) yalnız final görüşündə məğlub olaraq gümüş medalla kifayətləniblər. 

Rəhim Əsgərli (63,5 kq) isə turnirin bürünc medalına yiyələnib.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Muaytayçılarımızdan Pejada böyük uğur: Bir qızıl, iki gümüş və bir bürünc — 1
Muaytayçılarımızdan Pejada böyük uğur: Bir qızıl, iki gümüş və bir bürünc — 2
Muaytayçılarımızdan Pejada böyük uğur: Bir qızıl, iki gümüş və bir bürünc — 3
Muaytayçılarımızdan Pejada böyük uğur: Bir qızıl, iki gümüş və bir bürünc — 4
Muaytayçılarımızdan Pejada böyük uğur: Bir qızıl, iki gümüş və bir bürünc — 5
Muaytayçılarımızdan Pejada böyük uğur: Bir qızıl, iki gümüş və bir bürünc — 6
XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər