2% torpaq üçün 1,5 milyon insanı ölümə göndərdilər
Britaniya hərbi kəşfiyyatının hesablamalarına görə, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən bəri təxminən 500 min hərbçisi həlak olub.
TodayPress TV "Sky News"a istinadən xəbər verir ki, yaralılar da nəzərə alınmaqla, Rusiyanın ümumi hərbi itkilərinin 1,5 milyona yaxınlaşdığı bildirilir.
Böyük Britaniya Silahlı Qüvvələrinin rəhbəri, Hərbi Hava Qüvvələrinin baş marşalı Ser Riç Nayton bildirib ki, itkilərin böyük hissəsi 2023-cü ilin yanvarından sonra qeydə alınıb.
Onun sözlərinə görə, bu müddət ərzində Rusiya Ukrayna ərazisinin yalnız təxminən 2 faizinə nəzarəti ələ keçirib.
Nayton qeyd edib ki, bu rəqəmlər əldə edilən məhdud ərazi uğurları müqabilində insan həyatının böyük itkilərlə nəticələndiyini göstərir.
Jalə Rövşən