“Ferrari”də daxili gərginlik: Vassör Hemiltonun statusunu elan etdi

“Ferrari”də daxili gərginlik: Vassör Hemiltonun statusunu elan etdi
11.09.2026 16:41 İdman

“Ferrari”nin rəhbəri Frederik Vassör bildirib ki, Lyuis Hemilton komandaya keçməzdən əvvəl hər iki pilota bərabər münasibət göstərilməsi prinsiplərindən və birinci pilot statusunun olmamasından xəbərdar idi. 

TodayPress TV “Formula Passion” nəşrinə istinadən xəbər verir ki, komanda rəhbərliyi hər iki sürücüyə eyni şəraiti yaratmaqda qərarlıdır.

İtaliya komandasındakı gərginlik Niderland və İtaliya Qran-prilərindən sonra yenidən gündəmə gəlib.

“Biz iki birinci nömrəyə, yarışı qazanmağa qadir iki pilota sahib olmağı və onlar arasında fərq qoymamağı qərara aldıq. Bu qərarı pilotlarla birgə veririk. Onlar bizimlə müqavilə bağlamazdan əvvəl hər şeyin məhz bu cür tənzimləndiyini çox gözəl bilirlər. Lyuis də bunu bilirdi. Bu, müqavilədə aydın şəkildə qeyd olunub və strateji qərardır. Elə komandalar var ki, bir pilotu əsas, digərini isə ikinci nömrə seçirlər; elələri də var ki, iki bərabərhüquqlu liderə üstünlük verirlər. Hər iki variantın öz üstünlükləri və mənfi cəhətləri var. Biz öz fəlsəfəmizə sadiq qalırıq”, – deyə Vassör vurğulayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər