Yəmən husiləri strateji Perim adasına çatdı

Yəmən husiləri strateji Perim adasına çatdı
11.09.2026 14:21 Dünya

İranla həmrəy olan Yəmən husiləri Bab əl-Məndəb boğazındakı strateji Perim adasına çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Yəmən hökumət qüvvələrinin adadan geri çəkildiyi, həmçinin husilərin adaya baxan Dhubab şəhərini ələ keçirdiyi bildirilir.

Husilərin Qırmızı dəniz sahilində sürətli irəliləyişi Bab əl-Məndəb boğazında gəmiçiliyə təhlükəni artırıb.

"Reuters"in məlumatına görə, Səudiyyə Ərəbistanı ABŞ-dən husilərə qarşı zərbələr endirməsini istəyib, lakin Donald Tramp bu tələbi rədd edib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər