Şəfiqə Məmmədovaya alternativ gəldi: kim seçiləcək?
Bu gün – 11 sentyabr saat 11:30-da “Nizami” Kino Mərkəzinin beşinci mərtəbəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi baş tutacaq.
TodayPress TV xəbər verir ki, hazırda AKİ-nin sədr postuna yeganə namizəd xalq artisti Şəfiqə Məmmədovadır.
Müstəqil Kino Platforması isə Azərbaycan Kinematoqrafçılar İttifaqının konfrans nümayəndələrinə müraciət ünvanlayaraq, xalq artisti, professor Həmidə Məmməd qızı Ömərovanın namizədliyini təklif edib.
Xatırladaq ki, daha əvvəl İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarov istefa verib. Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub.
TodayPress TV
“Nizami” Kino Mərkəzi
Əli İsa Cabarov
Şəfiqə Məmmədova
Azərbaycan Kinematoqrafçılar İttifaqı