Azərbaycan futbolunda transfer bumu: Kim haradan gəldi, kimsə haraya getdi?

Azərbaycan futbolunda transfer bumu: Kim haradan gəldi, kimsə haraya getdi?
11.09.2026 16:59 İdman

Azərbaycan futbolunda 2026/2027-ci illər mövsümünün yay transfer pəncərəsində gerçəkləşən ən bahalı keçid məlum olub.

TodayPress TV “Transfermarkt” portalına istinadən xəbər verir ki, cari mövsümün ən baha satışı “Qarabağ”dan Şotlandiyanın “Seltik” klubuna keçən Kamilo Duran olub.

Şotlandlar kolumbiyalı hücumçu üçün Ağdam təmsilçisinə 5,5 milyon avro ödəyiblər.

Ən bahalı üçlükdə ikinci yeri “Qarabağ”dan “Pelessye”yə 3 milyon avroya transfer olunan Leandro Andrade, üçüncü pilləni isə “Sabah”dan “Bazel”ə 2,7 milyon avroya keçən Aaron Maluda tutub.

Daxili bazarda ən baha transferi də “Qarabağ” reallaşdırıb. Ağdam təmsilçisi Taofik İsmaili “Qurnik”dən 1 milyon avroya heyətinə qatıb. Çempionumuz eyni məbləğə “Reyms”dən Reda Xadra, “Zalaeqerseq”dən Bence Varkonyi və “Ferensvaroş”dan Cebrail Makreçkis ilə anlaşıb.

Qeyd edək ki, yay transfer pəncərəsində Azərbaycan Premyer Liqası klubları ümumilikdə 160 futbolçu ilə yollarını ayırıb, çempionata isə 167 yeni oyunçu cəlb olunub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər