Gimnastlarımızdan DÇ-də parlaq çıxış: Mundialda medal həyəcanı başladı
İspaniyada aerobika gimnastikası üzrə dünya çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, Pamplona şəhərində keçirilən mundialda Azərbaycan təmsilçiləri mükafatlar uğrunda mübarizə aparırlar.
Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlüyümüz uğurlu çıxışla diqqət çəkib. Gimnastlarımız 19.050 xal toplayaraq dünya çempionatının final mərhələsinə vəsqə qazanıblar.
Qeyd edək ki, beynəlxalq turnir sentyabrın 13-də başa çatacaq.
Namiq HUN