Avropada minifutbol savaşı: Azərbaycan klublarının rəqibləri bəlli oldu
Minifutbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq Azərbaycan təmsilçilərinin rəqibləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, turnirdə ölkəmizi təmsil edəcək üç komandanın düşdüyü qruplar və rəqibləri artıq bəllidir.
“Birbaşa Bakı” E qrupunda Slovakiyanın “Real Çoholiks”, Macarıstanın “Çikaqo Bandur” və İngiltərənin “Ardeleni” kollektivləri ilə üz-üzə gələcək.
“Aznur” F qrupunda Macarıstanın “The Private Rooftop”, Polşanın “Sokil” və İngiltərənin “Bukovina Badeuti” komandaları ilə qrupdan çıxmaq uğrunda mübarizə aparacaq.
“Zirə” isə G qrupunda İspaniyanın “Qrupo Roxu”, Çexiyanın “Hanspaulka” və Bosniya və Herseqovinanın “Krayina” təmsilçiləri ilə qarşılaşacaq.
Namiq HUN