Pequladan gözlənilməz etiraf: “Bu gün nə edə biləcəyimi bilmirdim”
Dünyanın 3-cü raketkası, amerikalı tennisçi Cessika Pequla “US Open – 2026”nın yarımfinalında məğlum olması (0:2 - 5:7, 2:6) barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, amerikalı tennisçi belaruslu rəqibi Arina Sobolenkonun möhtəşəm oyun nümayiş etdirdiyini bildirib.
“Düşünürəm ki, bu, onun bütün il ərzində keçirdiyi ən yaxşı matç idi - özündən də soruşa bilərsiniz. Onun oyunu inanılmaz səviyyədə idi. Bəlkə də başlanğıcda bəzi xırda səhvləri oldu, amma məncə, hər ikimiz yaxşı oynayırdıq və yaxşı ötürmələr edirdik. Ondan sonra... bilmirəm, bu gün onu kim əsəbiləşdirmişdi. Ümid edirəm ki, mən deyildim, hərçənd bəlkə də mən idim. O, təsiredici və inanılmaz dərəcədə yüksək səviyyədə oynadı. Düzünü desəm, bu gün daha nə edə biləcəyimi bilmirəm”, - deyə Pequla mətbuat konfransında vurğulayıb.
Namiq HUN