Alimləri heyrətə gətirən tədqiqat: Tibet buzluğunda 100 min illik tapıntı!

Alimləri heyrətə gətirən tədqiqat: Tibet buzluğunda 100 min illik tapıntı!
30.10.2026 05:20 Maraqlı

Beynəlxalq alimlər qrupu Tibetin şimal-qərbində yerləşən Guliya buz örtüyündə 100 min ildən daha qədim buzun mövcudluğuna dair əlavə sübutlar əldə edib. Təklif olunan xronologiyaya əsasən, buz nümunələrindəki iqlim qeydləri təxminən 128 min ili əhatə edə bilər.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Ohayo Dövlət Universitetindən Lonni Tompsonun rəhbərlik etdiyi tədqiqatçılar 1992 və 2015-ci illərdə götürülmüş buz nüvələrini müqayisə ediblər. Hər iki nümunənin uzunluğu təxminən 310 metr olub, qazıntı sahələri isə bir-birinə yaxın ərazidə yerləşib.

Hər iki buz nüvəsində oksigen izotoplarının paylanması oxşar olub. Bu göstəricilər keçmişdəki iqlim şəraitini bərpa etmək üçün istifadə edilir. Aralarında 23 il fərq olan nümunələrdə qeydə alınan nəticələrin uyğunluğu iqlim siqnalının təkrar müşahidə oluna bildiyini və sonrakı təhlillər üçün yararlı olduğunu göstərir.

Bununla belə, nəticələrin təkrarlanması buzun yaşını öz-özlüyündə müəyyən etmir. Tədqiqatın müəllifləri zaman şkalasını qurmaq üçün berillium-10 və xlor-36 radioaktiv izotoplarından istifadə ediblər.

Bu izotoplar təxminən 41 min il əvvəl baş vermiş Ləşamp geom maqnit hadisəsinin izlərini müəyyənləşdirməyə və buz nüvəsindəki ayrı-ayrı hissələri məlum tarixlə əlaqələndirməyə imkan verib.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər