Xorvatlar öz meydanında məğlub oldu: “Turan”dan böyük uğur

Xorvatlar öz meydanında məğlub oldu: “Turan”dan böyük uğur
30.10.2026 01:40 İdman

“Turan” komandası qadın voleybolçuların CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi Xorvatiya “Mladost”unun qonağı olub.

Zaqreb şəhərindəki Boyan Straniç Voleybol Evində təşkil olunmuş qarşılaşma “Turan”ın qələbəsi ilə yekunlaşıb – 3:2.

Tovuz komandası ilk oyunda 3:0 hesablı qələbə qazandığı üçün III təsnifat mərhələsinə yüksəlib.

Cavab görüşünün ən yaxşı oyunçusu mükafatına “Turan”ın üzvü Yelizaveta Ruban layiq görülüb.

CEV Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab görüşü

23:00. “Mladost” (Xorvatiya) – “Turan” (Azərbaycan) – 2:3 (22:25, 25:21, 23:25, 25:23, 13:15)

Hakimlər: Dominik Beqalyo (Polşa), Dominqa Lot (İtaliya)

Zaqreb, Boyan Straniç Voleybol Evi

İlk oyun – 0:3 (20:25, 16:25, 16:25)

“Turan” növbəti mərhələdə Bolqarıstanın “Maritza” komandası ilə üz-üzə gələcək.

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər