Kriptovalyuta tarixində görünməmiş OĞURLUQ - İzlər hara aparır?

Kriptovalyuta tarixində görünməmiş OĞURLUQ - İzlər hara aparır?
30.10.2026 03:47 Dünya

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance”in haker hücumuna məruz qaldığı ehtimal edilir.

TodayPress TV xəbər verir ki, mümkün kiberhücum nəticəsində oğurlanan vəsaitin həcmi 6 milyard dollara çata bilər.

Bu məlumat təsdiqlənərsə, hadisə kriptovalyuta tarixinin ən böyük oğurluğu kimi qeydə alınacaq.

Müqayisə üçün, “LuBian” platformasına hücum zamanı təxminən 3,5 milyard, “Bybit”dən 1,5 milyard, “Ronin” şəbəkəsindən isə 624 milyon dollar oğurlanıb.

Analitiklər ehtimal edirlər ki, mümkün hücumun arxasında daha əvvəl “Bybit” birjasının sındırılmasında iştirak etmiş Şimali Koreya hakerləri dayana bilər.

Hələlik “Binance”ə hücum və 6 milyard dollarlıq mümkün oğurluq barədə məlumatlar rəsmi təsdiqini tapmayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər