Rusiya 80 illik marşrutu yenidən işə saldı – SƏBƏB

Rusiya 80 illik marşrutu yenidən işə saldı – SƏBƏB
29.10.2026 22:52 Dünya

Rusiya ilk dəfə İkinci Dünya müharibəsi dövrünün Arktika marşrutu ilə Mərakeşə taxıl göndərir.

TodayPress TV “Reuters” agentliyinə istinadən xəbər verir ki, Qara dəniz üzərindən ticarətin iflic olması səbəbindən Moskva taxıl ixracı üçün alternativ yollar axtarır.

Bu məqsədlə Murmansk limanında Mərakeşə göndəriləcək 3400 tonluq ilk taxıl partiyasının yüklənməsinə başlanılıb.

Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı müttəfiq dövlətlər məhz bu liman vasitəsilə SSRİ-yə müxtəlif yüklər çatdırıblar.

Hazırda isə Rusiyanın taxıl ixracının əsas hissəsi Baltik dənizi limanlarına yönəlib. Sentyabr ayında həmin limanlar 1,2 milyon ton taxıl qəbul edib ki, bu da Rusiyanın dəniz yolu ilə həyata keçirdiyi ümumi taxıl ixracının 60 faizindən çoxunu təşkil edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər