Ukraynadan Rusiyanın aviabazasına raket zərbəsi: İki qırıcı məhv edilib
Ukrayna Rusiyanın iki Su-34 döyüş təyyarəsini məhv etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Volqoqrad vilayətində yerləşən Marinovka aviabazası “Uzun mənzilli Neptun” raketi ilə hədəfə alınıb.
Ukrayna tərəfinin iddiasına görə, zərbə nəticəsində Rusiya ordusunun 11-ci qarışıq aviasiya alayına məxsus iki Su-34 döyüş təyyarəsi məhv edilib.
Qeyd edək ki, Su-34 təyyarələri Rusiya ordusu tərəfindən Ukrayna şəhərlərinə və hərbi mövqelərinə zərbələr endirmək üçün istifadə olunur. Bu təyyarələr idarəolunan aviabombaların əsas daşıyıcılarından hesab edilir.
Rusiya tərəfi hələlik Ukraynanın açıqladığı itkiləri təsdiqləməyib.
Kübra Musayeva