Səudiyyə Ərəbistanına HÜCUM: Neft obyektləri və hava limanları hədəfdə

Səudiyyə Ərəbistanına HÜCUM: Neft obyektləri və hava limanları hədəfdə
30.10.2026 01:23 Dünya

Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə və hava limanlarına yenidən zərbələr endirdiklərini açıqlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi məlumat yayıb.

Bildirilib ki, hücumlar zamanı Səudiyyə Ərəbistanının ən böyük neft emalı müəssisələrindən biri olan Ras-Tənnurə, eləcə də Qırmızı dəniz sahilində yerləşən Rabiq neft emalı kompleksi hədəfə alınıb.

Bundan başqa, Ər-Riyad və Dammam şəhərlərindəki hava limanlarının da hücuma məruz qaldığı iddia edilib.

Hərəkat ümumilikdə Səudiyyə Ərəbistanı ərazisində altı hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb.

Hücumların nəticələri, mümkün dağıntılar və itkilər barədə hələlik məlumat verilməyib. İddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər