Ronaldu tarix yazmağa hazırlaşır: Əfsanəvi rekorda cəmi 15 qol qaldı

Ronaldu tarix yazmağa hazırlaşır: Əfsanəvi rekorda cəmi 15 qol qaldı
30.10.2026 02:00 İdman

“Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.

TodayPress TV xəbər verir ki, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turunda “Əl-Xolud”la qarşılaşmada het-trik edib.

Ər-Riyadda keçirilən görüşdə Ronaldu 66, 72 və 81-ci dəqiqələrdə fərqlənib. Onun komandası rəqibini 5:3 hesabı ilə məğlub edib.

Portuqaliyalı ulduz karyerası ərzində klub səviyyəsində 839, milli komandanın heyətində isə 146 qol vurub.

Beləliklə, Ronaldu 1000 qol həddinə çatmaq üçün daha 15 dəfə fərqlənməlidir.

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər