ABŞ-də 65 ilin ilki: İranla müharibə ölkəni çıxılmaz vəziyyətə saldı

ABŞ-də 65 ilin ilki: İranla müharibə ölkəni çıxılmaz vəziyyətə saldı
29.10.2026 23:11 Dünya

ABŞ Konqresi son 65 ildə ilk dəfə ölkənin müdafiə büdcəsini qəbul etməyə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Məlumata görə, 1,5 trilyon dollar həcmində nəzərdə tutulan hərbi büdcə ilə bağlı danışıqlar dalana dirənib.

Buna səbəb İranla müharibə və Pentaqon rəhbəri Pit Heqsetin fəaliyyəti ətrafında yaranan fikir ayrılıqlarıdır.

Nəşr qeyd edir ki, büdcə ilə bağlı razılığın əldə olunmaması ABŞ Silahlı Qüvvələrində maliyyə problemlərini daha da dərinləşdirə bilər. Belə ki, Amerika ordusu artıq maliyyə çatışmazlığı ilə üzləşir.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər