"Google" Finlandiya meşələrində baltanı daşa vurdu - Cinayət işi açıldı

"Google" Finlandiya meşələrində baltanı daşa vurdu - Cinayət işi açıldı
30.10.2026 06:10 Dünya

Finlandiya polisi ölkənin şimalında yerləşən Muhos şəhərində "Google"un məlumat mərkəzinin tikintisi üçün ərazinin hazırlanması zamanı ekologiya qanunvericiliyinin mümkün pozuntuları ilə bağlı cinayət işi başladıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Hakimiyyətin ehtimalına görə, ABŞ-nin texnologiya nəhənginin törəmə şirkəti "Tuike" Finland ətraf mühitə təsirin məcburi qiymətləndirilməsi başa çatmamış meşəni qırıb və təxminən 330 hektar ərazini qurudub.

Finlandiya polisinin yaydığı açıqlamada bildirilib ki, "Tuike Finland Oy" şirkətinin məlumat mərkəzinin tikinti sahəsində ərazinin qurudulması və drenaj sisteminin təşkili zamanı mübahisəli addımlar atılıb və qanun pozuntularına yol verilib. Hüquq-mühafizə orqanları araşdırmanın mümkün pozuntuların hallarını müəyyənləşdirmək məqsədi daşıdığını qeyd ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər