140 illik xəbər nəhəngi niyə iflas etdi? - "Finlandiya cəmiyyəti üçün böyük faciə"
XIX əsrdə əsası qoyulmuş Finlandiyanın ən qədim informasiya agentliyi "Suomen Tietotoimisto" (STT) təxminən 140 ildən sonra fəaliyyətini dayandıracağını elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
“STT-nin maliyyə problemləri uzun müddətdir davam edirdi və indi heç kimin istəmədiyi qərar qəbul edilib”, – deyə agentliyin idarə heyətinin sədri Petteri Putkiranta bildirib.
STT dəqiqləşdirib ki, fəaliyyətin tam dayandırılması 2027-ci il martın sonunda baş verəcək və bundan sonra xəbər qurumu oxuculara xidmət göstərməyi dayandıracaq.
Agentliyin baş direktoru Kimmo Laaksonen bağlanmanı “bütün Finlandiya cəmiyyəti üçün böyük faciə” adlandırıb.
Qeyd edək ki, baş ofisi Helsinkidə yerləşən Finlandiyanın "Suomen Tietotoimisto" informasiya agentliyinin əsası 1887-ci ildə qoyulub və o, dünyanın ən qədim agentliklərindən biridir. Oktyabrın 1-də agentlik yenidənqurma elan etmişdi.
Aysel Mətləb