Tramp TDT sammiti öncəsi Ərdoğana zəng etdi

Tramp TDT sammiti öncəsi Ərdoğana zəng etdi
29.10.2026 21:26 Dünya

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türk Dövlətləri Təşkilatının Liderlər Zirvə görüşü ilə bağlı uğurlar arzulayıb.

TodayPress TV xəbər verir ki, Tramp Respublika Günü münasibətilə liderlərin də iştirak etdiyi şam yeməyi zamanı Türk Dövlətləri Təşkilatının Zirvə görüşü ilə əlaqədar Ərdoğana zəng edib.

Ərdoğan ABŞ Prezidentinə şam yeməyində iştirak edən liderlərin salamlarını çatdırıb.

Türkiyə Prezidenti söhbət zamanı Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünün Ankarada keçiriləcəyini bildirib. O, toplantıda 200 milyondan çox əhalisi ilə Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyin ünvanına çevrilən təşkilatı irəli aparacaq qərarların qəbul ediləcəyini qeyd edib.

ABŞ Prezidenti də Ərdoğana Türk Dövlətləri Təşkilatının Liderlər Zirvə görüşü ilə bağlı uğurlar arzulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər