ABŞ İrana ölümcül zərbəyə hazırlaşır - Tarix açıqlandı

ABŞ İrana ölümcül zərbəyə hazırlaşır - Tarix açıqlandı
30.10.2026 00:29 Dünya

ABŞ gələn həftə İrana qarşı hərbi hücumları bərpa etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Newsmax” telekanalının jurnalisti Karla Babb məlumat yayıb.

Jurnalistin sözlərinə görə, amerikalı rəsmi mənbə ABŞ hərbi təyyarələrinin artıq döyüş mövqelərinə yerləşdirildiyini bildirib.

Məlumata əsasən, mümkün hücumlar zamanı MOAB tipli son dərəcə güclü aviasiya bombalarından istifadə edilməsi də gözlənilir.

“Hazırkı və keçmiş ABŞ rəsmiləri bildirirlər ki, administrasiya gələn həftə ABŞ-də keçiriləcək seçkilərdən sonra İrana zərbələr endirməyi planlaşdırır. Təyyarələr artıq mövqelərini tutur. MOAB bombalarının tətbiqi gözlənilir”, – deyə jurnalist qeyd edib.

Hələlik ABŞ rəsmiləri mümkün hərbi əməliyyatlarla bağlı rəsmi açıqlama verməyiblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər