Tramp dünyanın neft damarına öz adını qoyur

Tramp dünyanın neft damarına öz adını qoyur
29.10.2026 23:40 Dünya

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının öz şərəfinə adlandırılması məsələsini yenidən gündəmə gətirərək bu ideyanın ərəb dünyasında narazılıq yarada biləcəyini qeyd edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ lideri Cənubi Karolina ştatında keçirilən mitinq zamanı bildirib.

“Onun adını Tramp boğazı olaraq dəyişdirməyi düşünürəm”, – deyə prezident vurğulayıb.

Onun sözləri iştirakçıların alqışları ilə qarşılanıb.

Bununla yanaşı, Tramp belə bir təşəbbüsün mübahisələrə səbəb ola biləcəyini etiraf edib. “Sizcə, ərəblər yəqin ki, buna çox da sevinməzdilər, elə deyilmi?” – deyə o, mitinq iştirakçılarından soruşub.

Gültac Mehdi̇zadə

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər