Nə Moskva, nə Vaşinqton, nə də Pekin: Kallas oyundankənar qaldı
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qurumun tarixində ən böyük uğursuzluqlardan biri kimi qiymətləndirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” nəşrinin köşə yazarı Nikolas Butılin məqaləsində bildirib.
Müəllif qeyd edib ki, Kallas tutduğu yüksək vəzifəyə baxmayaraq, Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə aparılan danışıqların heç birində iştirak etməyib.
Onun sözlərinə görə, nə Moskva, nə Vaşinqton, nə də Pekin Kallasın danışıqlar prosesinə qoşulmasına maraq göstərib. Halbuki Aİ rəsmisi daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrov zəng edərsə, telefonu cavablandıracağını bildirmişdi.
Butılin Avropa İttifaqının Ukrayna məsələsində vahid mövqeyə malik olmamasını da tənqid edib. O vurğulayıb ki, Rusiya lideri ilə danışıqları Aİ-nin ümumi nümayəndələri deyil, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe kimi ayrı-ayrı ölkələrin liderləri aparıblar.
“Kallas, yəqin ki, Avropa İttifaqının tarixində ən böyük uğursuzluqlardan biridir”, – deyə müəllif bildirib.
O, Kallasın fəaliyyəti dövründə Aİ-nin aydın geosiyasi mövqe ortaya qoya bilmədiyini də qeyd edib.
Kübra Musayeva