Qızılın qiyməti 4000 dollara yaxınlaşdı

Qızılın qiyməti 4000 dollara yaxınlaşdı
06.10.2025 09:26 İqtisadiyyat

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

TodayPress TV birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,52% artaraq 3 968,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,93% artaraq 48,413 ABŞ dolları olub.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər