Qızıl rekord dərəcədə bahalaşdı

Qızıl rekord dərəcədə bahalaşdı
16.09.2025 09:42 İqtisadiyyat

Qızılın qiyməti yeni rekord həddə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu artıma zəifləyən dollar və ABŞ Federal Ehtiyat Sisteminin bu həftə keçiriləcək iclasında faiz dərəcələrini endirəcəyi gözləntiləri dəstək verib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.02% artaraq 3,720 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.27% artaraq 43.08 ABŞ dolları təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər