PSJ-də böyük uğurlara imza atan ispan mütəxəssisdən təsirli sözlər!

PSJ-də böyük uğurlara imza atan ispan mütəxəssisdən təsirli sözlər!
13.10.2026 09:44 İdman

“Paris Sen-Jermen” komandasının baş məşqçisi Luis Enrike Parisdəki karyerası, adaptasiya prosesi və klubdakı gələcəyi barədə səmimi açıqlamalar verib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Paris No Limit” akkauntu məlumat yayıb.

İspan mütəxəssis şəhərə olan sevgisini və ömür boyu bu mühitlə bağlı qalmaq istədiyini bildirib:

“Ümid edirəm ki, Paris ilə əlaqəm ömrümün sonuna qədər davam edəcək! Müqaviləmi uzatdım və indi başa düşürəm ki, hazırkı komanda ilə daha çox kubok qazanmağa borcluyam. İnsanlar mənimlə razı qaldıqlarını deyəndə daha sakit və rahat olmuram. Parisilər tez-tez mənə “Siz həyatımızı dəyişdiniz” deyirlər. Həyatda bundan qat-qat vacib şeylər var. Amma bir məşqçi üçün işinin insanların həyatına toxunduğunu və onlarla belə güclü emosiyalar bölüşdüyünü bilmək çox dəyərlidir”.

Enrike Parisdə yaşamaq və fransız dilini öyrənməklə bağlı çətinliklərindən də danışıb:

“Həqiqətən də əsl parisli olmuşammı? Ümid edirəm! Amma hələ də fransız dilimi ciddi şəkildə yaxşılaşdırmalıyam. İlk illərdə bu dildə danışmağa çalışarkən çox çətinlik çəkirdim. Bəzən mənə elə gəlirdi ki, dalana dirənmişəm. Lakin mən irəliləyiş əldə edirəm və hər gün özümü daha rahat hiss edirəm”.

Qeyd edək ki, ispan mütəxəssis 2023-cü ilin yayından “Paris Sen-Jermen”ə rəhbərlik edir. Onun rəhbərliyi altında parislilər iki dəfə UEFA Çempionlar Liqasını (2024/2025, 2025/2026), UEFA Superkubokunu, üç dəfə Fransa çempionluğunu, həmçinin ölkə kubokları və FIFA-nın Qitələrarası kubokunu (2025) qazanıblar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər