Özbək rəqibini keçən güləşçimiz mundialın zirvəsinə bir addım məsafədə!

Özbək rəqibini keçən güləşçimiz mundialın zirvəsinə bir addım məsafədə!
13.10.2026 07:41 İdman

ABŞ-də 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan yığması üçün əlamətdar nəticə qeydə alınıb.

TodayPress TV xəbər verir ki, yunan-Roma güləşçimiz Elmir Əliyev mötəbər yarışın həlledici mərhələsinə adlayıb.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinal mərhələsində Özbəkistan təmsilçisi Mehroj Bəhramovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqibini 4:2 hesabı ilə məğlub edən güləşçimiz finala yüksəlmək hüququ qazanıb.

Elmir Əliyev Las-Veqasda keçirilən mundialın qızıl medalı uğrunda görüşdə qazaxıstanlı Aybek Aytbekovla qüvvəsini sınayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər